EN

Son Hın Min “Tottenhem”dən ayrılmağa hazırlaşır

Bakı. Trend:

Cənubi Koreya millisinin üzvü Son Hın Min ABŞ-nin MLS təmsilçisi“Los Anceles” klubundan aldığı təklifdən imtina edib.

Trend-in “TheSun”a istinadla verdiyi məlumata görə, 32 yaşlı hücumçu MLSklubunun təklifini rədd etsə də, “Tottenhem”dən ayrılmağahazırlaşır.

Hal-hazırda futbolçunun bir neçə klubla danışıqlar apardığıbildirilir.

Son ötən mövsüm “Tottenhem”in heyətində 46 oyun keçirib, 11 qolvurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, təcrübəli vingerin London klubu ilə mövcudmüqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Chosen
31
9
az.trend.az

10Sources