EN

İli təzə çin avtomobilləri alaq, ya " Mersedes -1998" sürək?

Bakı. Trend:

Hazırda qiyməti ucuz, ili təzə Çin avtomobilləri sürənlər dəvar, ənənəvi qaydalardan imtina etməyib ili köhnə Mersedeslərəüstünlük verənlər də.

Maraqlıdır bu barədə mütəxəsislər nə düşünür, istifadəçiolaraq hansına üstünlük vermək daha yaxşı olar?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasınınİdarə Heyətinin sədri Eyyub Əliyev Trend-ə bildiribki, artıq köhnə maşınların dönəmi gedib.

O qeyd edib ki, biz təzə maşınlar almalıyıq.

“Ölkədə avtoparkın yenilənməsi istiqamətində dövlətimiz ekolojicəhətdən təmiz nəqliyyat vasitələrinə güzəştlər tətbiq edib ki,artıq bir neçə ildir ki, bu güzəştlər həyata keçirilir vəvətəndaşlar bundan istifadə edir. Yaxşı olar ki, yeni maşın alaq vəsürək. Ucuz olsun amma təzə maşın olsun. Təzə maşın olmağı insanıvaxt itkisindən, əlavə xərclərdən, əsəbdən qoruyur. Ən vacibi dəki, təhlükəsizlik məsələsidir”.

Eyyub Əliyevin sözlərinə görə, yollarda təhlükəsizliyin təminedilməsi üçün yeni avtomobil daha üstündür.

“Biz daha innovativ avtomobillər istəyirik. Gəlin bir az fərqlidüşünək, fərqli baxaq. Yeni avtomobil olsun ki, həm ekolojicəhətdən təmiz olsun. Həm avtoparkımız həm də şəhərimiz daha gözəlgörünsün. Eyni zamanda öz kanfortumuz, təhlükəsizliyimiz naminəmaksimum yeni maşın alaq. Yaxşı olardı ki, daxili yanma mühərrikliyeni avtomobillərdə də ilkin ödəniş az olsa, 20-25% olsa, bunun özüdə insanları yeni avtomobil almasına təşviq edər”,- deyə o əlavəedib.

Avtomobil mütəxəssisi Marat Namazov isə mövzuilə bağlı Trend-ə bildirib ki, 35 ilin avtomobilindənsə ili təzəÇin avtomobilləri almaq daha məsləhətlidir.

“Bu avtomobillər ən azından rəsmi distribyutorlar tərəfindən 3il, 5 il, bəzən də 6 il zəmanətlə verilir. Ən azından sizbilirsiniz ki, bu avtomobillərdə hər hansısa ciddi texnikinasazlıq, zavod və ya istehsal qüsuru olarsa, rəsmi servistərəfindən təmiriniz qarşılanır.

Təmir baxımdan isə köhnə avtomobilləri təmir etmək daha asandır.Bu, ustaların praktikasına bağlıdır. Amma hal-hazırda Çinavtomobillərinin ehtiyat hissələrinin bir çoxunu tapmaq dahaasandır, nəinki keçmiş 30-35 ilin avtomobillərinin. Artıq köhnəavtomobillərdə hissələr çətin tapılır”,- deyə o vurğulayıb.

Marat Novruzovun sözlərinə görə, burada bir nüans var:

“Çin avtomobillərini seçərkən diqqətli olmaq lazımdır. Gərəkçalışasınız ki, Azərbaycanda rəsmi distribyutoru olan Çinavtomobillərini alasınız. Digər tərəfdən, Çinin eksport üçünistehsal etdiyi modellər alınmalıdır. Çünki Çinin daxili bazar üçünistehsal etdiyi avtomobillərdə, xüsusilə elektromobillərdəyenilənmələr getmir – Çin hökuməti tərəfindən bloklanır. Bumodellər eksporta aid olmadığı üçün, onların menyu dili də yalnızÇin dilində olur və bu, bizim üçün yad olduğundan həm sürücülər,həm də ustalar əziyyət çəkirlər”.

Mütəxəsis qeyd edib ki, Çin avtomobil markaları durmadan artırvə Azərbaycanda təxminən 40-50-yə yaxın Çin markası var.

“Bunların bir çoxu hələ inkişaf mərhələsindədir və bəziləriartıq Azərbaycana gəlmir. Bu da o deməkdir ki, həmin markalarınehtiyat hissələri tapılmayacaq.

Ona görə də insanlar araşdırma aparsınlar, tanınmış və uzunillər istehsal təcrübəsi olan Çin markalarına üstünlük versinlər.Əgər iki avtomobil arasında qalıblarsa, araşdırmalardan sonra Çinavtomobili almağı düşünsünlər.

Ümumiyyətlə, avtomobil alarkən bütün texniki parametrlərə fikirversinlər, nə istədiklərini dəqiq müəyyən etsinlər və buistəklərinə uyğun avtomobil axtarsınlar. Amma bu vacib nüanslarınəzərdən qaçırmasınlar, çünki nadir Çin markalarından istifadə edənsürücülər ehtiyat hissələri ilə bağlı çətinlik yaşayır.

Bir çox markaların artıq yeni modelləri istehsal olunmur, busəbəbdən onların bazar dəyəri də aşağı düşür”,- deyə Marat Novruzovfikirlərini tamamlayıb.

Chosen
21
28
az.trend.az

10Sources