EN

KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşdi

BAKI, 7 iyul. TELEQRAF

KONKAKAF Qızıl Kubokunun qalibi bəlli olub.

Teleqraf xəbər verir ki, finalda ABŞ və Meksika komandaları qarşılaşıb.

Amerikanın Hyuston şəhərində keçirilən qarşılaşmada Meksika yığması 2:1 hesablı ilə qələbə qazanıb.

Qalib komandanın qollarını 27-ci dəqiqədə hücumçu Raul Ximenes və 78-ci dəqiqədə yarımmüdafiəçi Edson Alvares vurub.

ABŞ yığmasının yeganə qolunun müəllifi 4-cü dəqiqədə müdafiəçi Kris Riçards olub.

Qeyd edək ki, Meksika yığması tarixində rekord sayda -13 dəfə KONKAKAF Qızıl Kubokunu qazanıb.

Chosen
1
9
teleqraf.com

10Sources