Bakı. Trend:
Astanada keçirilən boks üzrə Dünya Kuboku başa çatıb vəAzərbaycan komandası yarışın medal sıralamasında 16-cı yerdəqərarlaşıb.
Trend-inməlumatına görə, boksçularımız turnirdə İngiltərə komandası iləeyni nəticəni göstərərək 3 bürünc medal əldə ediblər.
Yarışın ev sahibi olan Qazaxıstan komandası 8 qızıl, 4 gümüş və4 bürünc medal qazanaraq ümumi sıralamada birinci olub. Braziliya(4 qızıl, 2 gümüş, 1 bürünc) ikinci, Hindistan isə (3 qızıl, 5gümüş, 3 bürünc) üçüncü yeri tutub.