Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsrail əsgərləri Livanda "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Hərbi obyektlərlə yanaşı, Bekaa bölgəsində və Livanın cənubundakı strateji silahların istehsalı və anbar sahələri, eləcə də raket buraxılış məntəqələri də vurulub. İsrail ordusu bölgədə silah-sursatın olmasını və "Hizbullah"ın fəaliyyətini İsrail və Livan arasındakı razılaşmaların kobud şəkildə pozulması kimi dəyərləndirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.