BAKI, 7 iyul. TELEQRAF
Çin xaricdəki mədən layihələrinə investisiyaları artırır və 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri “S&P və Mergermarket”in məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, Çin şirkətləri geosiyasi vəziyyət daha da mürəkkəbləşməzdən əvvəl sövdələşmələri bağlamaq üçün qısamüddətli fürsət pəncərəsinə sahib olduqlarına inanaraq fəallaşıblar.
Çinin “Zijin Mining” şirkətinin Qazaxıstanda 1,2 milyard dollara qızıl yatağı almağı planlaşdırdığı da qeyd olunur.
Ekspertlər fəallığı Çinin resurslara ehtiyacı və ticarət münaqişələri səbəbindən xammala çıxışını itirmək riskləri ilə əlaqələndirirlər.