Qəzzada müharibənin daimi şəkildə başa çatdırılması ilə bağlı ciddi danışıqlar, atəşkəsin elan olunacağı gün başlayacaq.
APA xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, vasitəçilər tərəflər arasında daimi atəşkəsin əldə olunması üçün əlavə vaxt lazım olacağı təqdirdə, mövcud atəşkəs rejiminin uzadılmasına dair təminatlar verməyə hazır olduqlarını bildiriblər.