EN

Rusiya müəllim çatımazlığı: qaynar xətt yaradıldı

BAKI, 7 iyul. TELEQRAF

Rusiyada məktəb direktorlarının müəllimləri tez tapa bilməsi üçün qaynar xətt açılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qaynar xətt eləcə də təhsil müəssisələrində iş axtaran müəllimlər üçün faydalı olacaq.

Mətbuat xidmətindən onu da bildiriblər ki, qaynar xətt həftə içi Moskva vaxtı ilə saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Ərizələrə müraciət edildiyi tarixdən üç iş günü ərzində baxılacaq.

Aprelin sonunda Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiya kəndlərindəmüəllim (30%) və həkim (50%) çatışmazlığı problemi var.

Chosen
3
50
teleqraf.com

10Sources