Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Fənərbaxça" hücum xəttini gənc hücumçu ilə gücləndirib.
Sitat.info klubun rəsmi hesabına istinadən xəbər verir ki, “Fənərbaxça” bir müddətdir gündəmdə olan Con Duranın transferini açıqlayıb. Klubun açıqlamasında, "Klubumuz həm klub, həm də Al Nassr FK-da çıxış edən Jhon Duran ilə 1 illik icarə əsasında heyətimizə qoşulmaq üçün razılığa gəldi. Futbolçumuza zolaqlı formamızın altında uğurlarla dolu bir mövsüm arzulayırıq" dedi.
Əlisahib İbrahimli
Sitat.info