Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən BRİKS Liderlər Zirvəsi çərçivəsində birgə bəyannamə qəbul edilib.Metbuat.az xəbər verir ki, bəyannamədə Qəzza zolağının Fələstinin “vacib bir hissəsi” olduğu bildirilib və İsrail qüvvələrinin Qəzza zolağından və bütün işğal olunmuş Fələstin ərazilərindən tamamilə çıxarılması, həmçinin Qəzzada daimi və qeyd-şərtsiz atəşkəs tələb edilib. Bəyanatda Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə “sadiqlik” ifadə edilib və “Suriyanın rəhbərlik etdiyi və sahib olduğu və Birləşmiş Millətlər Təşkilatının BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında yardım göstərdiyi” dinc və əhatəli prosesə dəstək vurğulanıb. Həmçinin 13 iyun 2025-ci ildən İrana qarşı hərbi hücumlar pislənib. Bunların beynəlxalq hüquq və BMT Nizamnaməsinə zidd olduğu qeyd edilib və Yaxın Şərqdə artan təhlükəsizlik riskindən narahatlıq ifadə olunub. Bəyanatda İsrailin Suriya ərazisinin bəzi hissələrini "işğal etməsi" pislənərək, bunun beynəlxalq hüququn və 1974-cü ildə qüvvələr çıxarılmasına dair sazişin pozulduğu bildirilib və İsraili öz qüvvələrini Suriyadan çıxarmağa çağırıb. Sudan və Haitidəki vəziyyət Bəyanatda Sudandakı humanitar böhranla bağlı dərin narahatlıq ifadə olunub və bölgədə dərhal, daimi və qeyd-şərtsiz atəşkəs əldə edilməsi və münaqişənin sülh yolu ilə həll edilməsi çağırışı edilib. Bəyanatda həmçinin Sudan xalqının humanitar yardıma davamlı, təcili və fasiləsiz çıxışının təmin edilməsinin vacibliyi vurğulanıb. Bəyannamədə Haitidə humanitar və iqtisadi vəziyyətin gündən-günə pisləşdiyi bildirilib və ölkədəki humanitar böhranın ancaq beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcəyi vurğulanıb.