Adıgey Respublikasının Maykop rayonunda özəl "Bell-407" helikopteri aerodrom xaricində sərt eniş edib.
Publika.az xəbər verir ki, hadisə iyulun 6-da Uçebnoye Lesniçestvo kəndi yaxınlığında şəxsi uçuş zamanı baş verib.
İlkin məlumata görə, təyyarə açıq əraziyə enib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Faktla bağlı Cənub Nəqliyyat Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.