"3-4 iyul tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırıb və bu məsələ sammitin yekunlarına dair Xankəndi Kommunikesində əks etdirilib".
Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Vurğulanır ki, sözügedən mötəbər formatda Qərbi Azərbaycan məsələsinin qaldırılması Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.