EN

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov BRIKS sammiti çərçivəsində Rio-de-Janeyroda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüş zamanı İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilmiş təxribat xarakterli və BMT Nizamnaməsinə zidd hərbi zərbələri qəti şəkildə pisləyib. Bu barədə görüşün yekunlarına dair Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya tərəfi, o cümlədən MAQATE-nin zəmanətləri altında olan İranın nüvə energetikası infrastrukturu obyektlərinə qarşı həyata keçirilən hücumlar da daxil olmaqla, İsrail və ABŞ tərəfindən İrana qarşı təxribat xarakterli və beynəlxalq hüququn normalarına zidd hərbi zərbələri pislədiyini bir daha təsdiqləyib”, – deyə Rusiya XİN-in məlumatında bildirilir.

Həmçinin vurğulanıb ki, İranın nüvə proqramı ətrafında yaranmış böhranın yalnız siyasi-diplomatik yollarla həll olunması vacibdir. Moskvanın bu istiqamətdə qarşılıqlı məqbul həll yollarının tapılmasına dəstək verməyə hazır olduğu bildirilib. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl irəli sürdüyü konkret təşəbbüslərə istinad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
50
apa.az

10Sources