EN

Ermənistanda qaçırılmış əcnəbinin meyiti tapıldı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ermənistanın Kotayk ərazisində qaçırılan əcnəbinin meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə "Şamşyan" cinayət xronikası saytı məlumat yayıb.

Meyit İrəvan-Sevan magistral yolunda, DYP postunun yaxınlığında tapılıb. İstintaqın məlumatına görə, ölən şəxs 74 yaşlı Yevgeni Vaxonindir. Nəşr müstəntiqlərə istinadən iddia edir ki, bundan əvvəl öldürülən şəxslə eyni oteldə qeydiyyatdan keçmiş Andrey Miroşnik və Darya Asabina onu oteldən çıxarıblar. Amma həmin vaxt Y.Vaxoninin sağ olub-olmadığı məlum deyil.

Məhkəmə-tibbi ekspertizası təyin edilib.

İlkin məlumatlara görə, şübhəlilər Ermənistanı tərk edə biliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
45
axar.az

10Sources