Demokrat.az xəbər verir ki, müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,5 milyon manat güzəştli kredit ayrılıb. Təsdiqedici sənədlər əsasında təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib.
Müəssisənin fəaliyyəti regionda qeyri-neft məhsullarının ixracının artımına əhəmiyyətli töhfə verəcək. Fabrikdə istehsal olunacaq məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. 1,2 hektar ərazini əhatə edən fabrikdə hazırda gündəlik 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, gələcəkdə bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur.
Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılması planlaşdırılıb. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.
Fabrikdə müxtəlif növ parçalardan geyim məhsulları istehsal olunur. Əsasən 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal edilir. Gələcəkdə müxtəlif növ kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.
10Sources
-
hafta.azXankəndi tikiş fabrikində 500 nəfər işlə təmin ediləcək ( 19012831)
-
fed.azXankəndi tikiş fabrikində gündə - 2 min 500 geyim tikilir ( 19011859)
-
valyuta.azXankəndi tikiş fabrikində 500 nəfər işlə təmin ediləcək ( 19011373)
-
modern.azXankəndi tikiş fabrikində 500 nəfər işlə təmin ediləcək ( 19007257)
-
azerbaijan-news.azXankəndi tikiş fabrikində hər gün 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ( 19006435)
-
xalqqazeti.azXankəndi tikiş fabrikində hər gün 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ( 19005001)
-
demokrat.azXankəndi tikiş fabrikində hər gün 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ( 19004473)
-
ikisahil.azXankəndi tikiş fabrikində hər gün 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ( 19004434)
-
xalqqazeti.azXankəndi tikiş fabrikində hər gün 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ( 19004218)
-
bizim.mediaXankəndi tikiş fabrikində 500 nəfər işlə TƏMİN EDİLƏCƏK - FOTO ( 19004197)