EN

Araqçi: İranın nüvə obyektlərinə hücumlar BMT Təhlükəsizlik Şurası qətnaməsinin kobud pozuntusudur

ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.

APA xəbər verir ki, bu fikri İranın xarici işlər naziri Abbas Araqçi BRICS sammitinin Rio-de-Janeyroda keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, İran İslam Respublikasının nüvə proqramı hər zaman dinc məqsədli olub və Beynəlxalq Atom Enerjisi Agentliyinin ən ciddi nəzarəti altında həyata keçirilib.

Chosen
8
50
apa.az

10Sources