EN

Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçirilib

Bakı. Trend:

İyulun 1-5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dilbilikləri üzrə Ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR)tələblərinə uyğun olaraq doktorantura və dissertantura səviyyəsindəxarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının, habeləəcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoruimtahanının danışıq bloku üzrə imtahanı keçirilib.

DİM-dən Trend-əbildirilib ki, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlarüçün isə Azərbaycan dili üzrə şifahi formada – kompüter proqramıvasitəsilə həyata keçirilib. Danışıq bloku üzrə imtahanda iştiraketməli olan 2144 nəfərdən 2027-si imtahana gəlib.

Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrədüşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxtayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplayabilərlər.

Xarici dil üzrə ümumi imtahan nəticələrinin 4 həftədən sonraelan olunması nəzərdə tutulur.

Eyni zamanda, danışıq bloku üzrə minimum 2 bal toplamayanşəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə,doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanınaburaxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiqşəhadətnamə ilə təmin olunmurlar.

Chosen
6
50
az.trend.az

10Sources