EN

“Sportinfo”nun ŞOK XƏBƏRini onlar da təsdiqlədi!

Dünən xəbər verdiyimiz kimi, "Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.

"RPL Sky" nəşri saytımızın yaydığımız informasiyanı təsdiqləyib. Bildirilib ki, bu vəzifə Saşa İliçə həvalə olunacaq.

Serbiyalı mütəxəssis ötən mövsüm Rusiyada "Pari NN"ə rəhbərlik edib.

Onun komandası 22 oyundan 4 qələbə, 4 heç-heçə və 14 məğlubiyyətlə ayrılıb. Müqaviləsini pozduqdan təqribən 1 il sonra İliç "Sumqayıt"la anlaşıb.

O, bu gün ölkəmizə təşrif buyuracaq. Tərəflər arasında razılaşmanın müddəti 2 ildir. Balkanlı özüylə bura ən azı 3 köməkçi gətirəcək.

Saşa İliç Serbiyanın U-16, U-18 yığmalarında, eləcə də "Çukariçki", Bolqarıstanın MOİK (Sofiya) və Yunanıstanın "Atromitos" klublarında baş məşqçi kimi çalışıb.

Keçmiş hücumameylli yarımmüdafiəçi Serbiyanın "Partizan", İspaniyanın "Selta", Türkiyənin "Qalatasaray", Avstriyanın "Zaltsburq", Yunanıstanın "Larissa" komandalarının formasını geyinib.

SPORTİNFO.AZ

Chosen
13
50
sportinfo.az

10Sources