EN

Benzia seçim qarşısında qaldı

Bu yay "Qarabağ"la müqavilə müddəti başa çatdığı üçün klubla yolları ayıran Yassin Benziaya təzə müştəri çıxıb. 

Ağdam klubunda iki mövsüm uğurlu oyunlarından sonra Əlcəzair millisinin üzvü bir çox əcnəbi klubun maraq dairəsinə düşüb. "Africafoot" saytının yaydığı məlumata görə, Çin Superliqasının autsayderi olan "Changchun Yatai" da Benzianı transfer etmək istəyir. 

Bundan başqa, hazırda azad agent olan Benzia Səudiyyə Ərəbistanın bir klubunun və Tunisin "Esptrance de" komandasının da maraq dairəsindədir. Lakin sayt yazır ki, Çin klubunun təklifi, daha əlverişli maliyyə şərtləri və meydanda liderlik vədi sayəsində üstünlük qazana bilər.

Benzianın yekunda maddi baxımdan ona daha yaxşı təklif edən klubu seçəcəyi gözlənilir. 30 yaşlı futbolçu "Qarabağ"la sırf maliyyə məsələlərində razılığa gələ bilmədiyi üçün klubdan ayrılmışdı.

Chosen
19
2
azerbaijan-news.az

10Sources