EN

“Real Madrid” "Borussiya D." matçında "qol yağışı"

"Real Madrid" Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Milli.Az-ın məlumatına görə, "Metlife" stadionunda (ABŞ, İst-Ruterford, Nyu-Cersi ştatı) baş tutan görüşü braziliyalı referi Ramon Abatti idarə edib.

Hesabı "Real Madrid"in hücumçusu Qonzalo Qarsiya 10-cu dəqiqədə açıb, bundan 10 dəqiqə sonra isə onun komanda yoldaşı, müdafiəçi Fran Qarsiya hesabdakı fərqi artırıb.

90+2-ci dəqiqədə Almaniya yığmasının hücumçusu Maksimilian Bayer buraxılan qollardan birinin əvəzini çıxsa da, 90+4-cü dəqiqədə hücumçu Kilian Mbappe "Real Madrid"in üçüncü qolunu vurub.

90+6-cı dəqiqədə müdafiəçi Din Huysen komandasının cərimə meydançasında kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. 90+8-ci dəqiqədə almaniyalı hücumçu Seru Qirassi penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Beləliklə, "Real Madrid" klublararası dünya çempionatının yarımfinal mərhələsində əvvəllər "Bavariya"nı məğlub etmiş PSJ ilə qarşılaşacaq. /"Report"

Milli.Az

Chosen
5
6
milli.az

10Sources