Demokrat.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə ilk medalçılar müəyyənləşib.
Vasif Bağırov (57 kiloqram) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabıyla geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan Vasif bu dəfə çempion olub.
Muradxan Omarov (79 kiloqram) həlledici görüşdə Gürcüstan təmsilçisiylə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Nəticədə Muradxan gümüş medalı boynundan asıb.
10Sources
-
news365.az"Bu dərdə görə hər vasitəyə əl atıram" - FOTO ( 18995638)
-
yeniazerbaycan.comAzərbaycan güləşçisi Avropa çempionu olub ( 18995434)
-
icma.azQazaxıstanlı boksçudan etiraf: “Azərbaycanlıya qalib gəlmək çətin idi” ( 18994456)
-
idman.bizQazaxıstanlı boksçudan etiraf: “Azərbaycanlıya qalib gəlmək çətin idi” ( 18994147)
-
demokrat.azGüləşçimiz Avropa çempionu olub ( 18990772)
-
bizim.mediaGüləşçimiz Avropa çempionu oldu ( 18990640)
-
redaktor.azGüləşçimiz Avropa çempionu OLDU ( 18989899)
-
teleqraf.comAzərbaycan güləşçisi Avropa çempionu oldu ( 18989782)
-
azertag.azAzərbaycan güləşçisi Avropa çempionu olub ( 18989374)
-
cebheinfo.azAvropa çempionatı: Azərbaycanın bir güləşçisi qızıl, digəri gümüş medal qazanıb ( 18989350)