EN

Biznesdə uğur üçün zəruri olan 3 əsas bacarıq - SƏHƏR OXUSU

Müasir iş dünyasında texniki biliklər artıq təkbaşına kifayət etmir. Uğurlu liderlik üçün emosional zəka, empatiya və çevik düşüncə kimi qeyri-texniki bacarıqlar, yəni “power skills” güclü bacarıqlar əsas şərtə çevrilib.

Valyuta.az xəbər verir ki, "The Conversation" portalında dərc olunan məqalədə Qərbi Qubernatorlar Universitetinin Biznes məktəbinin vitse-prezidenti Sandra Sjöberq bu bacarıqların əhəmiyyətindən bəhs edir.

O qeyd edir ki, karyerasının əvvəlində yaşadığı çətin bir təcrübə onun iş dünyasına yanaşmasını dəyişib. Multimilli bir şirkətdə zavod bağlanması qərarında iştirak edən Sjöberq qərarın iqtisadi baxımdan düzgün olsa da, insanlara və cəmiyyətə təsirini gördükdən sonra insan yönümlü liderliyin vacibliyini dərk edib və akademik fəaliyyətə yönəlib.

“Power skills” nədir?

Bu bacarıqlar əvvəllər “yumşaq bacarıqlar” adlandırılsa da, artıq işəgötürənlər arasında “güclü bacarıqlar” kimi tanınır. Çünki bunlar peşələr, layihələr və sənayelər arasında asanlıqla ötürülə bilən, yəni çoxsahəli bacarıqlardır.

“LinkedIn”in son qlobal hesabatına görə, ABŞ-də işəgötürənlərin təxminən 70%-i bu bacarıqlara sahib namizədləri prioritet sayır. Lakin Coursera platformasının 2025-ci ilə dair hesabatı göstərir ki, yeni məzunlarda məhz bu sahədə ciddi çatışmazlıqlar var, xüsusilə ünsiyyət, fəal dinləmə, çeviklik və dözümlülük sahələrində.

Uğur üçün əsas 3 bacarıq

Çeviklik - Yalnız dəyişikliklərə uyğunlaşmaq deyil, həm də dəyişiklik zamanı effektiv düşünmək və hərəkət etmək bacarığıdır. Yeni bazarlara çıxmaq, texnologiya dəyişikliklərinə uyğunlaşmaq və sürətli qərarlar vermək bu bacarığı zəruri edir.

Empatiya - Başqalarının hiss və ehtiyaclarını başa düşmək və onlara uyğun qərarlar vermək, liderlərin həm təşkilat, həm də əməkdaşlar baxımından balanslı qərarlar almasına imkan yaradır. Empatiya həm də inklüziv, mədəni cəhətdən təhlükəsiz mühitin formalaşmasına yardım edir.

İnklüzivlik və əməkdaşlıq - Fərqli mədəniyyət və fikirləri dinləyə bilmək, komanda daxilində effektiv ünsiyyət qurmaq və əməkdaşlıq yaratmaq təşkilatlara çevik qərarlar qəbul etmək və innovativ yanaşmalar ortaya qoymaq imkanı verir.

Sərvanə Rəmixanova

Chosen
23
23
valyuta.az

10Sources