18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
İdman.bSportinfo.az xəbər verir ki, C qrupunda yer alan millimiz II tur çərçivəsində Ukrayna ilə qarşılaşıb.
Qarşılaşma daha təcrübəli Ukrayna yığmasının qələbəsi ilə yekunlaşıb. Millimiz 65:78 hesabı ilə uduzub.
Millimiz bu gün qrup lideri Litva ilə qüvvəsini sınayacaq Görüş 19:00-da start götürəcək.
Ukrayna U-18 - Azərbaycan U-18 - 78:65 (19:16, 25:15, 16:20, 18:14)
1 | Litva | 2 | 2 | 0 | 186-111 | 4 |
2 | Ukrayna | 2 | 2 | 0 | 140-116 | 4 |
3 | İslandiya | 2 | 1 | 1 | 183-176 | 3 |
4 | Azərbaycan | 1 | 1 | 0 | 148-159 | 3 |
5 | Bosniya və Hersoqovina | 2 | 0 | 2 | 158-193 | 2 |
6 | Kosovo | 2 | 0 | 2 | 89-149 | 2 |