EN

“Barselona”nın planı baş tutmadı

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nəhayət, Niko Uilyamsın aqibəti müəyyənləşib. "Football-plus.az" xəbər verir ki, o, “Atletik”lə müqaviləsinin müddətini 2035-ci ilə qədər uzadıb.Nəticədə “Barselona” gənc futbolçu ilə əlaqəni kəsib. RAC1 nəşrinin məlumatına görə, 22 yaşlı vinger bir müddət əvvəl Kataloniya klubu ilə razılaşmışdı. İspaniyalı futbolçu və agentləri “Barselona”dan qeydiyyatla bağlı problemlərin olmayacağına yazılı şəkildə zəmanət istəyirdi. Lakin nəhəng klub bunu təqdim etməyi lazım bilməyib.Deyilənə görə, “Barselona” rəhbərliyi Uilyamsın “Atletik”lə yeni müqavilə imzalamasını sosial şəbəkələrdən öyrənib. Bu səbəbdən də onun heç vaxt Kataloniya klubunda oynamayacağı da bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
50
icma.az

10Sources