EN

İtaliyanın şimalında leysan və güclü külək fəsadlara yol açıb

Bakı. Trend:

İtaliyanın şimalında yerləşən Lombardiya regionunda havaşəraitinin kəskin pisləşməsi ciddi fəsadlara səbəb olub.

Trend xəbər verirki, havanın temperaturunun kəskin enməsi, leysan yağışlar və güclükülək nəticəsində bir neçə şəhərdə daşqınlar baş verib.

Milan, Monza, Brianza, Komo, Varese, Berqamo və Sremonaşəhərlərində evləri, iş yerlərini və küçələri su basıb. Bir çoxinsan avtomobillərdə köməksiz vəziyyətdə qalıb, yollarda aşanağaclar nəqliyyatın hərəkətinə mane olub.

“Orio al Serio” hava limanında 13 reys pis hava səbəbindən digərhava limanlarına yönləndirilib. Ən azı 15 nəfər evlərindən təxliyəolunub. İtaliyanın Mülki Müdafiə qüvvələri indiyədək 160-dan çoxxilasetmə əməliyyatı həyata keçirib.

Regionda iyulun 6-da qasırğa riski ilə əlaqədar narıncıxəbərdarlıq elan olunub. Rəsmilər əhalini ehtiyatlı olmağa və rəsmiqurumların tövsiyələrinə əməl etməyə çağırıblar.

Chosen
140
az.trend.az

1Sources