EN

Xamenei müharibədən sonraİLK DƏFƏ ÜZƏ ÇIXDI

İranın dini rəhbəri Ayətullah Əli Xamenei uzun müddətdən sonra ictimaiyyət qarşısında görünüb.

 

Senzor.az bildirir ki, bu barədə İran KİV-də görüntülər yayılıb.

 

Məlumata görə, o, Məhərrəm ayı münasibətilə keçirilən Aşura mərasimdə iştirak etmək üçün Tehranda yerləşən Xomeyni adına Hüseyniyyə məscidinə gedib. Əzadarlar Xamaneini alqışlarla qarşılayıb, şüarlar səsləndiriblər.

 

Mərasimdə ölkənin tanınmış ruhaniləri və dövlət rəsmiləri də iştirak ediblər.

 

Qeyd edək ki, “Bild” nəşri İranın dini rəhbəri Ayətullah Əli Xameneinin artıq 25 gündür ki, bunkerdə gizləndiyini bildirmişdi.

 

Yeri gəlmişkən, müharibə dövründə Xamenei iki dəfə videoformatda xalqa müraciət edib, lakin hər iki video sığınacaqdan çəkilib.

Chosen
8
50
senzor.az

10Sources