EN

Mahir "Kayzerslautern"də ciddi səhvlərə yol verdi, baş məşqçi narazı qaldı! - qol vur, Emreli...

Mahir Emrelinin şərədini qoruduğu "Kayzerslautern" bu gün iki yoxlama matçı keçirib. Almaniyanın 2-ci bundesliqa təmsilçisi "Roytlingen" klubunun (İsveçrə) 120 illiyi şərəfinə təşkil edilən mini-turnir çərçivəsində baş tutan hər iki görüşdə uduzub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı iblislər" ilk oyunda "Roytlingen"lə qarşılaşıb. Kollektiv ilk hissədə hesabı açmağa müvəffəq olsa da, üstünlüyü qoruyub-saxlaya bilməyib və 1:2 hesablı məğlubiyyətlə üzləşib. Kollektivin növbəti rəqibi "Sent Qallen" (İsveçrə) olub. Bu komandaya da uduzan (0:2) "Kayzerslautern" günü uğursuz tamamlayıb.

Birinci matçda sonradan, ikinci görüşdə start heyətində meydana çıxan Mahir "Sent Qallen"ə iki dəfə qol vurmağa yaxın olub. Ancaq həmyerlimizin cəhdləri qeyri-dəqiqlik üzündən qolla nəticələnməyib.

"Kayzerslautern"in baş məşqçisi Torsten Liberknext klubun mətbuat xidmətinə açıqlamasında komandasının performansından razı qalmadığını, yalnız ilk matçın birinci hissəsində rəqibdən daha yaxşı çıxış etdiklərini bildirib.

Xatırladaq ki, Mahirin komandasının növbəti yoxlama oyunundakı rəqibi "Notts Kaunti" (İngiltərə) olacaq.

KƏNAN BAHADIR

Chosen
16
37
football-plus.az

10Sources