Oğlanlardan ibarət basketbol üzrə U-16 millimiz Avropa çempionatının C divizionuna qələbə ilə başlayıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Albaniyada təşkil olunan turnirin B qrupundakı ilk görüşündə San Marino yığmasını məğlub edib.
Matç millimizin 105:60 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamız qrupda növbəti oyununu sabah Andorra ya qarşı keçirəcək.