Bu gün Rusiyada dron hücumları səbəbilə mobil internet söndürülüb.
Viral.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, mobil internetin söndürülməsinin miqyası ölkənin qərb sərhədlərindən Sibirə qədərdir.
Son Yazılar:
- Rusiyada PUA hücumları səbəbilə mobil internet söndürüldü
- Quterreş Rusiyanın Ukraynaya zərbələrini PİSLƏDİ
- Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz türk dünyası üçün tarixi prosesdir
“Telegram” şəbəkəsinin fəaliyyətində də paytaxt regionlarında (Moskva, Moskva vilayəti və Sankt-Peterburq) məhdudiyyətlər yaranıb. İyulun 5-i axşam saatlarında istifadəçilər mesaj göndərə və ya qəbul edə bilməyiblər.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Moskva meri Sergey Sobyanin gün ərzində vurulan PUA-lar barədə məlumat veriblər.
Qeyd olunub ki, 2025-ci ilin may ayına qədər Rusiya PUA hücumlarını dəf edərkən QLONASS-a müdaxilə etməklə kifayətlənib. Lakin may ayından etibarən mobil internetin sürətinin ləngiməsi pilotsuz sistemlərin inkişafı ilə bağlıdır. Müasir dronlar məkan oriyentasiyası üçün təkcə naviqasiyadan deyil, həm də mobil qüllələrdən istifadə edir.