EN

Rusiyada PUA hücumları səbəbilə mobil internet söndürülüb

ain.az, Apa.az saytına istinadən bildirir.

Bu gün Rusiyada dron hücumları səbəbilə mobil internet söndürülüb.

APA-nın Rusiya bürosu xəbər ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, mobil internetin söndürülməsinin miqyası ölkənin qərb sərhədlərindən Sibirə qədərdir.

“Telegram” şəbəkəsinin fəaliyyətində də paytaxt regionlarında (Moskva, Moskva vilayəti və Sankt-Peterburq) məhdudiyyətlər yaranıb. İyulun 5-i axşam saatlarında istifadəçilər mesaj göndərə və ya qəbul edə bilməyiblər.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Moskva meri Sergey Sobyanin gün ərzində vurulan PUA-lar barədə məlumat veriblər.

Qeyd olunub ki, 2025-ci ilin may ayına qədər Rusiya PUA hücumlarını dəf edərkən QLONASS-a müdaxilə etməklə kifayətlənib. Lakin may ayından etibarən mobil internetin sürətinin ləngiməsi pilotsuz sistemlərin inkişafı ilə bağlıdır. Müasir dronlar məkan oriyentasiyası üçün təkcə naviqasiyadan deyil, həm də mobil qüllələrdən istifadə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
12
apa.az

10Sources