EN

"Napoli" Osimhenə əvəzləyici tapıb

İtaliyanın “Fiorentina” klubunun hücumçusu Moyze Kin digər A seriya təmsilçisinə keçə bilər.

90deqiqe.Az-ın məlumatına görə, əgər Viktor Osimhen bu yay “Napoli”dən ayrılsa, Neapol təmsilçisi onun satışından əldə edilən vəsaiti 25 yaşlı Kin üçün xərcləməyi planlaşdırır. Artıq “Napoli” italiyalı forvardın agenti ilə ilkin əlaqədə saxlayıb.

Kin “Fiorentina”da keçən yaydan bəri çıxış edir. Həmin müddətdə o, bütün yarışlarda 44 oyuna çıxaraq 25 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçu ilə “Fiorentina” arasında müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub. Transfermarkt məlumatına görə, onun bazar qiyməti 50 milyon avrodur.

Chosen
10
5
90deqiqe.az

10Sources