Bakı, 5 iyul, AZƏRTAC
ABŞ-ın ev sahibliyi etdiyi klublarası dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 1/4 final mərhələsində Fransanın PSJ və Almaniyanın “Bavariya” kollektivləri üz-üzə gəlib.
İki cavabsız qolla qalib gələn Paris təmsilçisi yarımfinala adlayıb.
İlk hissənin sonlarında Almaniya klubunun futbolçusu Camal Musiala ağır zədə alıb. PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşan yarımmüdafiəçinin qıçı sınıb.
Matçın taleyi ikinci hissədə həll olunub. Qolları 78-ci dəqiqədə Desire Due, 90+7-ci dəqiqədə isə Osman Dembele vurublar.
Komanda bu raundda "Real Madrid" (İspaniya) - "Borussiya Dortmund” (Almaniya) cütünün qalibini sınağa çəkəcək.