EN

“Qızımı xoşbəxt görmək istəyirəm, arzularım ömrümün sonuna qədər...”-FOTO+ÖZƏL

“Ad günümü qeyd etmədim. Mən neçə ildir ki, özümə dəbdəbəli ad günləri keçirmirəm. Bacılarım, dostlarım evə gəlib təbrik etdilər. Mədəniyyət Nazirimiz cənab Adil Kərimli mənim üçün gül dəstəsi və təbrik məktubu yolladı. Opera və Balet Teatrında və pedaqoji fəaliyyətlə məşğul olduğum Milli Konservatoriyada kollektivimiz doğum günümü qeyd etdilər. Bu böyük diqqətdir. İnsanın arzuları deyərdim ki, ömrünün sonunda bitir. Mənim də arzularım çoxdur. Sənətlə bağlı, şəxsi arzularım var. İstəyirəm qızımın xoş günlərini görüm. Sənətdə, səhnədə olmaq istəyirəm. Daim işləyib, Azərbaycan mədəniyyətinə xidmət etmək istəyirəm. Sənətkarın bundan böyük nə arzusu ola bilər ki? Ən əsas da özümə və yaxınlarıma sağlamlıq arzu edirəm”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra əlavə edib:
 
 
“Bu il mənim üçün çox düşərli bir il oldu. Musiqimizi həm dünya ölkələrində, həm də doğma torpaqlarımızda təmsil etdik. Tarixə yazılan səhifələrdən biri də Ağdamda Muğam Mərkəzinin açılışı və ölkə başçısının qarşısındakı ifam oldu. Həqiqətən də xoşbəxt sənətkaram. Həm dövlət, həm də xalq tərəfindən sevilirəm, diqqət görürəm. İldə bir dəfə ustad dərsi kimi ifa etdiyimiz “Leyli və Məcnun” əsəri ilk dəfə olaraq Heydər Əliyev adına sarayda nümayiş olundu. Bundan əlavə Heydər Əliyev adına sarayda solo konsertim baş tutdu. Bütün bunlar bir sənətkar kimi mənə stimul verir və yeni layihələrin başlanğıcını qoyur” deyə Nəzakət Teymurova bildirib.
 
 
Sənətkar efirlərə çox nadir hallarda çıxdığını bildirib:
 
“Mən ümumiyyətlə heç vaxt efirlərə çox çıxmağın həvəskarı olmamışam. Efirlərə yeni bir iş göstərmək üçün tez-tez çıxırlar. Əgər ortalıqda iş yoxdursa, boş-boşuna niyə efirləri gəzim? İnsanların, tamaşaçıların gözündə də adiləşmək olmaz” deyə xanım sənətkar bildirib.
Chosen
17
26
moderator.az

10Sources