ain.az, Olay.az portalına istinadən məlumat verir.
Albina sağ imiş…
Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Səs Azərbaycan”ın keçmiş işfirakçısı Albina Pyakşeyevanın ölməsi ilə bağlı yayılmış məlumatları təkzib edib.
OLAY yazır ki, bu barədə Bakı Caz Fesrivalının direktoru Feysbukda məlumat yayıb:
“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır. Dünəndən etibarən şəbəkələrdə dezinformasiyalar gedir. Bunun hansı məqsədlə edildiyini bilmirəm, amma Albinaya ən yaxşısını arzulayıram və çox şadam ki, bütün bunlar sadəcə kiminsə səhvi və ya bilərəkdən etdiyi hərəkətlər olub”.
Qeyd edək ki, bir sıra KİV orqanlarında Leyla Əfəndiyevaya istinadən Albina Pyakşevanın ABŞ-da öldürülməsi haqda məlumatlar yayılmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.