EN

İtaliyada dəhşət: Ata COVID qorxusundan iki uşağını üç il meşədə gizlədib

İtaliyada

İtaliyanın Piemont bölgəsində yerləşən Lauriano şəhərində sosial xidmət orqanları meşədəki bir daxmada 3 ildən çox gizlədilmiş 6 və 9 yaşlı iki uşağı tapıblar. Onların niderlandlı atası ekstremal pandemiya qorxusu və xəstəlik fobiyası səbəbindən uşaqları cəmiyyətdən tam təcrid etmişdi.Corriere della Sera qəzetinin yerli uşaq prokurorluğuna istinadla yaydığı məlumata görə, 54 yaşlı ata – peşəkar heykəltəraşdır. O, uşaqları peyvənd etdirməkdən imtina edib, maska taxmalarına belə qadağa qoyub və COVID-19-un yayılması ilə bağlı “qlobal sui-qəsd nəzəriyyələri”nə inanıb. Uşaqlar danışmağı və yazmağı bilmirdilərBu məqsədlə ailəsini Almaniyadan İtaliyaya köçürərək, onları meşədə tərk edilmiş bir evdə yaşamağa məcbur edib. Uşaqlar nə danışa bilir, nə də yazmağı və oxumağı bacarırdılar. Hətta o yaşda olsalar da, hələ də uşaq bezindən istifadə edirdilər.Ailə yalnız 2024-cü ilin aprelində, bölgədə baş verən daşqın zamanı təxliyə tədbirləri nəticəsində aşkarlanıb. Hadisə yerinə gələn karabinyerlər uşaqları ağır antisanitar şəraitdə tapıblar. Valideynlik hüququndan məhrum edildilərMəhkəmə atanı və ananı valideynlik hüququndan məhrum edib. Bildirilir ki, ana uşaqlarla ümumiyyətlə maraqlanmırmış, ata isə onları cəmiyyətlə tam təmasdan ayıraraq ağır sosial təcrid vəziyyətinə salıb.Hazırda uşaqlar psixoloqların nəzarəti altında xüsusi reabilitasiya mərkəzində yerləşdirilib. Onların vəziyyəti “Mauqli sindromu” ilə müqayisə olunur – sosial deprivasiyanın fəsadları illərlə davam edə bilər.Ata isə “ev şəraitində təhsil verirdim” deyərək özünü müdafiə edir, lakin istintaq ağır hüquq pozuntuları və uşaq hüquqlarının kobud şəkildə pozulduğunu müəyyən edib.Ulusum.az

Diqqət Çəkənlər

Bu gün Aşuradır

Alman politoloqdan xəbərdarlıq: Tramp Ukraynanı Avropanın "boynuna qoyur"

Sözün gücü: “TRT World” Nyu-York festivalında beynəlxalq uğura imza atdı

Chosen
3
15
ulusum.az

10Sources