EN

Yol polisi bu küçədə monitorinq-təhlillər apardı, tədbirlər görüləcək - FOTO

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.

Bizim.Media xəbər verir ki, bununla yanaşı, ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.

Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.


Bizim.Media

Chosen
13
22
bizim.media

10Sources