EN

OPEC+ avqustda neft hasilatını 548 min barel artıracaq

Bakı. Trend:

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ alyansı 2025-ciilin avqust ayı üçün gündəlik neft hasilatını 548 min barelartırmaq barədə razılığa gəlib.

Trend xəbər verirki, təşkilat bu qərarı qlobal iqtisadiyyatın sabit proqnozları,bazarın möhkəm fundamental göstəriciləri və neft ehtiyatlarınınaşağı səviyyəsi ilə əsaslandırıb.

Hasilat artımı alyansın səkkiz üzvü – Səudiyyə Ərəbistanı,Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, İraq, Qazaxıstan,Əlcəzair və Rusiya tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, razılaşdırılmış artım əvvəlki aylara nisbətənhasilatın sürətlənməsini göstərir. Belə ki, OPEC+ may, iyun və iyulaylarında planlaşdırılandan daha çox – hər ay üçün gündəlik 411 minbarel artımla hasilatı genişləndirmişdi. Bu addımlar, neftqiymətlərində azalma tendensiyasına baxmayaraq, həyatakeçirilmişdi.

Ekspertlər bu qərarı alyansın bazar payını bərpa etmək cəhdi vəABŞ Prezidenti Donald Trampın benzin qiymətlərinin aşağı salınmasıilə bağlı çağırışlarına cavab kimi dəyərləndirirlər.

Hazırda OPEC+ dünya üzrə ümumi neft hasilatının təxminən 50faizini təmin edir.

Chosen
10
7
az.trend.az

10Sources