EN

ABŞ-də öldürüldüyü deyilən Albina sağ imiş - Video - Yenilənib

Azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ-Meksika sərhədində öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva feysbuk hesabında yazıb:

“Belə bir xəbər almaq çox üzücüdür. “I am Jazzman” yarışmasının finalisti Albina Pyakşeva faciəvi şəkildə can verib. O, Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”.

Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman”ın finalçısı müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” proqramının iştirakçısı olub.

***

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq, müğənninin sağ olduğunu açıqlayıb.

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb.

Qeyd edək ki, bir neçə saat əvvəl L.Əfəndiyeva feysbuk hesabında müğənninin ABŞ-Meksika sərhədini keçərkən öldürüldüyünü bildirmişdi.


Chosen
8
50
qafqazinfo.az

10Sources