EN

Dünya Kubokunda 3 medal

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.

Teleqraf xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib.

Rəqiblər finala yüksəldiklərindən, Azərbaycan təmsilçiləri bürünc medala yiyələniblər.

Qeyd edək ki, iyulun 6-da yekunlaşacaq Dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

Chosen
1
20
teleqraf.com

5Sources