EN

Rusiyada “Telegram” çökdü

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Rusiyada “Telegram”ın işində problem yaranıb.

Yeniavaz.com xəbər verir ki, bu, “Downdetector” xidmətinin məlumatlarında öz əksini tapıb.

Xidmətin məlumatına görə, saat 17:45-də 1484 istifadəçi şikayət edib. Ən çox şikayətlər Moskva (19%) və Sankt-Peterburq (16%) şəhərləri, həmçinin Moskva (9%), Nijni Novqorod (8%) və Belqorod vilayətlərindən (3%) olub.

“Downdetector”un məlumatına görə, istifadəçilərin 34%-i mobil proqramda, 33%-i bildirişlərdə, 25%-i vebsaytda, 3%-i isə ümumi nasazlıq barədə məlumat verib.

Saat 18:32-də bir saatda şikayətlərin sayı 213-ə qədər azalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
4
yeniavaz.com

3Sources