ain.az, Konkret.az portalına istinadən məlumat yayır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, iyulun 5-nə keçən gecə PUA Sistemləri Qüvvələrinin bölmələri Rusiyanın Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində yerləşən “VNİİR-Proqress” müəssisəsinə zərbə endirib.
KONKRET.az xəbər verir ki, zərbənin əsas hədəfi “Kometa” adaptiv antenlərinin istehsal olunduğu sahələr olub. Həmin komponentlər Ukraynaya qarşı istifadə edilən “Şahed” dronlarında, “İskəndər-K” raketlərində, idarə olunan aviazavod bombalarında və digər dəqiq silahlarda istifadə olunur.
Natiq Səlim,
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.