EN

“Zirə” Boluya yollandı

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” təlim-məşq toplanışının ikinci hissəsi üçün bu gün Türkiyənin Bolu şəhərinə gedib.

Arena.az xəbər verir ki, hazırlığa iyunun 14-də start vermiş “qartallar” bu günə qədər Bakıda məşq edirdilər.

Bu müddət ərzində komanda bir yoxlama oyunu da keçirib. “Qarabağ”la qarşılaşmış Rəşad Sadıqovun komandası 0:4 hesablı məğlubiyyətə üzülüb.

5-17 iyul tarixlərində qonşu ölkədə olacaq “Zirə” bu müddətdə daha 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

Chosen
8
25
arena.az

10Sources