EN

Sankt-Peterburqda uçuşlara qoyulan məhdudiyyət fonunda 50-dən çox reys təxirə salınıb

Moskva, 5 iyul, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunda qüvvədə olan təyyarələrin uçuşları üçün məhdudiyyətlər fonunda 50-dən çox aviareys təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, aeroportun mətbuat xidmətində xidmət personalı və yerüstü xidmətlərin gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini təsdiq ediblər.

“Türk Hava Yolları” aviaşirkəti “Pulkovo” aeroportunda təxirə salınmış reyslərin sərnişinlərini daşımaq məqsədilə beş əlavə aviareys təşkil edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
15
50
azertag.az

10Sources