EN

“AzerGold”un qızıl və gümüşün satışından gəlirləri artıb

Ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC fəaliyyət göstərdiyi 9 il ərzində qiymətli metalların daxili və xarici bazarlarda satışından ümumilikdə 1 milyard 690 milyon manatdan çox gəlir əldə edib.

QSC-dən FED.az-a verilən məlumata görə, bu məbləğin 1 milyard 592 milyon manata qədəri ixrac əməliyyatları, 98 milyon manatdan çox hissəsi yerli bazarda topdan və pərakəndə satış hesabına formalaşıb.

Chosen
9
27
fed.az

10Sources