EN

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Qafqaz Müsəlmanları İdarəsində qurumun təşkilatçılığı, Respublika Qan Bankının dəstəyi ilə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, idarə əməkdaşları, Milli Məclisin deputatları və ölkəmizdəki dini konfessiyaların nümayəndələri iştirak ediblər.

 

 

Chosen
2
21
azertag.az

10Sources