İyulun 5-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi Armida Salsiah Aliscahbanla görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla UNESCAP arasında ikitərəfli əməkdaşlıq məsələləri və gənclər siyasətinin inkişafı mövzusunda fikir mübadiləsi aparılıb.
Həmçinin gələcəkdə həyata keçiriləcək birgə layihələr və təşəbbüslərlə bağlı müzakirələr aparılıb.