EN

Yaponiyadakı Simmoe vulkanı 2018-ci ildən bəri ilk dəfə 5 kilometrlik kül sütununu atıb » AzadMedia.az



Yaponiyada Miyazaki və Kaqosima prefekturalarının sərhəddindəki aktiv Simmoe vulkanı hündürlüyü 5 km-dən çox olan güclü kül sütununu atıb. Bu barədə Life SHOT Telegram kanalına istinadən yazır.

Alimlərin fikrincə, bu, 2018-ci ildən bəri ilk belə əhəmiyyətli püskürmədir. 50 km radiusda ərazi küllə örtülüb. İyunun sonunda Simmoe 500 m-ə qədər emissiya ilə orta aktivlik göstərdi.

Həmçinin Milli Meteorologiya Agentliyi Kumamoto prefekturasındakı Aso vulkanının təhlükə səviyyəsini ikinci səviyyəyə qaldırıb.

Nəticədə, üç prefektura, Miyazaki, Kaqoşima və Kumamoto vulkanik aktivliyə görə risk zonasında olub.

Bundan əvvəl İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-laki vulkanı 11 kilometr yüksəklikdə kül buludunu ataraq püskürməyə başlayıb. Vulkanologiya agentliyi ölkəni sakit olmağa və yerli hakimiyyətin göstərişlərinə əməl etməyə çağırıb. Bu zaman vulkanın təhlükə səviyyəsi maksimuma qaldırılıb.
Chosen
15
5
azadmedia.az

5Sources