EN

Rusiyada daha iki azərbaycanlı haqda qərar verilib Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Orenburq şəhər məhkəməsi “Zaur Naxçıvanski” kimi tanınan azərbaycanlı Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib.

“Qafqazinfo” “RBC” portalına istinadən xəbər verir ki, iyulun 2-də saxlanılan şəxs ən azı sentyabrın 3-nə qədər həbsdə qalacaq.

40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi üzrə ittiham olunur. Onun tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğlu olması bildirilib. 

Bundan başqa, iyulun 4-də Rusiyada daha bir azərbaycanlı Vaqif Süleymanovun (“Vaqif Bakinski”) saxlanılması barədə məlumat yayılıb.

“Kommersant” həmin şəxsin Rusiyada miqrasiya qaydalarını pozduğuna görə tutulduğunu yazıb. Süleymanov Saxarovodakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına aparılıb. O burada 3 ay saxlanıldıqdan sonra Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, hər iki şəxsin “qanuni oğru” kimi tanındığı deyilir. 

Fotoda: Zaur Şipilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
18
qafqazinfo.az

10Sources