EN

Prezident həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduro Morosa təbrik məktubu göndərib.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Venesuela Bolivar Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Venesuela dostluq münasibətləri xoş ənənələrə əsaslanır. Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Chosen
1
50
yeniavaz.com

10Sources