EN

ABŞ-də vergilər azaldılır - Tramp qanunu imzaladı

BAKI, 5 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Müstəqillik Günündə Konqres tərəfindən qəbul edilən və vergiləri və xərclərin azaldılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Teleqraf xəbər verir ki, Tramp qanun layihəsinin ölkə tarixində ən böyük iqtisadi tənzimləmə olduğunu qeyd edib və bunu "ən böyük qələbə" adlandırıb.

ABŞ prezidenti qanun layihəsinə heç bir demokratın səs vermədiyini bildirərək, bunun səbəbini siyasi nifrətlə əlaqələndirib.

"Onlar ya ölkəyə, ya mənə, ya da hər ikisinə qarşı böyük nifrət duyurlar və buna görə də ümumiyyətlə səs vermədilər",- deyə prezident bildirib.

Tramp qanun layihəsini Amerika tarixində "ən böyük vergi endirimi, ən böyük xərclərin azaldılması və sərhəd təhlükəsizliyinə ən böyük sərmayə" olaraq təsvir edib.

Bu tənzimləmənin ölkənin iqtisadi artımını sürətləndirəcəyini və zəhmətkeş işçiləri-fabrik işçiləri, fermerlər, mexaniklər, polis məmurları, yanğınsöndürənlər və digər işçi təbəqələrini maliyyə baxımından dəstəkləyəcəyini qeyd edib.

O, qanun layihəsini qəbul etmək üçün çalışan Nümayəndələr Palatasının demokratlarına və senatorlara təşəkkür edib.

Chosen
19
50
teleqraf.com

10Sources